yersiz sevinc (səbəbsiz, mənasız sevinc)

a childish glee / a foolish enthusiasm / gambols телячий восторг (слишком бурный или бессмысленный восторг)
yersiz olaraq
yersiz söz demək (mənasız danışmaq)
OBASTAN VİKİ
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda, "[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Sevinc (Gəncə)
Sevinc — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır.
Sevinc (kinoteatr)
"Təbriz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr 1970–72-ci illərdə tikilib. Əvvəlcə 1970-ci illərdən başlayaraq "Sevinc", 1990-cı illərdən sonra "Təbriz" adı ilə fəaliyyət göstərən kinoteatrın ərazisi 2000-ci ildə özəlləşdirilib. 2000-ci illərdə kinoteatrın binası baxımsız qalıb. Kinoteatrın binası çayxana, bilyard və kompüter oyunları zalları kimi fəaliyyət göstərib. 2020-ci ildə sökülərək yerində alış-veriş mərkəzi tikintisinə başlanmışdır. Alış-veriş mərkəzinin "Sevinc" adını daşıyacağı açıqlanmışdır.
Sevinc Abbasova
Sevinc Zakir qızı Abbasova — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru, genderşünas. Sevinc Zakir qızı Abbasova 27 avqust 1976-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1983–1993-cü illər Naxçıvan şəhər 7 saylı orta məktəbində oxuyub və oranı əlaçı attestatı ilə bitirmişdir. 1993–1997-ci illər Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997–1999-cu illərdə isə həmin universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009–2013-cü illər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında dosent vəzifəsində işləyir. Ailəlidir, iki qızı, bir oğlu, bir nəvəsi var. Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasında dissertant olmuş, 2004-cü ildə "Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi" mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə "Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970–2015-ci illər)" mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Sevinc Bünyatova
Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan. Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır. Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.
Sevinc Cəfərzadə
Sevinc Cəfərzadə (1 iyun 1996 və ya 1 iyun 1994, Azərbaycan) – Azərbaycan millisində çıxış edən qadın futbolçu. 2021-ci ildə "Krasnodar" komandasına transfer olmuşdur. 1 iyul 1996-cı ildə Azərbaycanın Lənkəran rayonunun Viravul kəndində fəhlə ailəsində anadan olub. Dörd uşaqlı ailənin üçüncü uşağıdır. Karyerası ərzində "Zaqatala", "Fidan", "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib. Azərbaycanın U-16 milli komandası ilə debüt oyunu Uelsə olan qarşı oyun olub.
Sevinc Fətəliyeva
Sevinc Həbib qızı Fətəliyeva (17 avqust 1979, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin IV,V və VI çağırış üzvü. Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məktəbi bitirib . 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000–2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb. Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doktorudur. Sevinc Fətəliyevanın atası – Həbib Fətəliyev Azərbaycan SSR-nin sənaye naziri olub. Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var. 2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır. O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis fiologiyası" Kafedrasının müdiridir. Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı.
Sevinc Hüseynova
Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı. Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası üzvüdür.
Sevinc Həsənova
Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini. Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Sevinc Muradova
Televiziya aparıcısı. Veriliş ssenari müəllifi. Əslən Qubadandır. Televiziya fəaliyyətinə 1996-cı ildən ANS kanalında başlayıb. Səhər verilişinə aparıcı müsabiqəsi əsasında seçilib. Efirlə ilk təması gözəllik haqda hazırladığı süjetlə olub. Daha sonra Hava proqnozu. Yeri gəlmişkən, hava proqnozu aparıcı kimi ilk dəfə onun təqdimatında olub. Yəni, ona qədər hava şərati haqda məlumatlar aparıcısız, titrlərlə verilirdi. Daha sonra «Salam», «Şirin çay» səhər verilişləri, 2000-ci ildə gözəlik haqda «Eybi yox» müəllif verilişi...
Sevinc Nuruqızı
İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. AJB-nin üzvü (1999), AYB-nin üzvü (2001). Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981-ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam raynu Şelli-Qaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olmuşdur (2015–2021). Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir (2007-dən). Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev ad.
Sevinc Osmanqızı
Mirzəyeva Sevinc Osman qızı — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar. Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir. Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992).
Sevinc Qasımova
Sevinc Qasımova — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdirinin müavini. Sevinc Qasımova, 1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Tarix üzrə fəlsəfə doktoru və dosentdir. Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1982–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə "Mirzə Kazımbəyin tarixi baxışları" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 65 elmi məqalənin, 10 tədris proqramının müəllifidir. 2 dərs vəsaiti, 1 metodik vəsaiti və 1 monoqrafiyası vardır. Sevinc Qasımovanın əsas tədqiqat sahəsi Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı və Mirzə Kazım bəyin həyatı və yaradıcılığıdir. 1994-cü ildən BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır."Azərbaycan tarixinin mənbəşünaslığı", "Azərbaycan tarixinin tarixşünaslığı", "Tarixi biliyin elmə çevrilməsi", "1920–1930-cu illərdə Azərbaycanda antisovet çıxışlar", "Azərbaycanda kapitalizmin genezəsi və onun xüsusiyyətləri", "Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı, Mirzə Kazımbəy tarixli görüşləri" üzrə kurslar tədris edir.
Sevinc Qiyasbəyli
Sevinc Sarıyeva
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Sevinc Səfərova
Sevinc Səfərova (Bakı) — "ENES.F production"un və "Şərq ulduzları" teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar, dramaturq. Sevinc Fikrət qızı Səfərova Bakı şəhərində anadan olmuşdur. Atası mühəndis, anası həkim olub. 2009-cu ildə canlı ifa edən ansambldan ibarət olan "Xəzər" qrupunu yaradıb. Bu qrupda 17-27 yaş arasında olan istedadlı gənclər toplaşıb. Sevinc Səfərova hazırda "ENES.F production" şirkətinin rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bugünədək bir çox layihələrə imza atıb. Sevinc Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu" layihəsini həyata keçirmişdir. "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?", "Burulğan" filmlərinin həm rejissoru və həm də ssenari müəllifidir. Sevinc Səfərova “Şərq ulduzu” məktəblərinin rəhbəridir.
Sevinc Tofiqqızı
Sevinc Tofiqqızı – Azərbaycan bəstəkarı, musiqişünası və aktrisası. Sevinc Tofiqqızı 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakıda 82 saylı orta məktəbdə ibtidai təhsil alıb. Moskva Dövlət Universitetinin musiqişünaslıq fakültəsini, Bakıda musiqi üzrə fortepiono şöbəsini bitirib. İki övladı var. Bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və s.) mahnılar bəstələyib. Eyni zamanda bir neçə seriala çəkilib. Region TV-də yayımlanan "Babayevlər ailəsi" serialında rol alıb. Hazırda "Sindrom" adlı seriala çəkilir. Bu serialın həm bəstəkarı, həm də baş rolun ifaçısıdır.
Sevinc Əliyeva
Sevinc Əliyeva (aktrisa) — Azərbaycan aktrisası. Sevinc Əliyeva (tarixçi) — Azərbaycan alimi.
Sevinc Əlişova
Sevinc Ağasıyeva
Ağasıyeva Sevinc Məmməd qızı (Səhnə adı SİVVA) – bəstəkar-müğənni. Sevinc Ağasıyeva Astara şəhərində anadan olub. Orta təhsilini Astarada 2 nömrəli məktəbdə alıb. Paralel olaraq piano üzrə musiqi məktəbini oxuyub. İlk dəfə 3 yaşında Astara stadionunda təşkil olun tədbirdə "Cücələrim"i solo ifa edib. Daha sonra bir çox uşaq mahnılarını da oxuyub. 6 yaşına qədər rayonda təşkil olun böyük mədəni tədbirlərdə xorun soliti olub. Sonra Sevinc Ağasıyeva Lənkəran Musiqi Texnikuma daxil olub. Oranı bitirdikədən sonra Bakı Musiqi Akademiyasında təhsil alıb. Bəstəkar kimi yaradıcılıq fəaliyyətinə isə 2000-ci illərdə başlayıb.
Sevinc buxtası
1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır... Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur. 1) 1978-ci ildə Quruluşçu rejissor Eldar Quliyevə, ssenari müəllifi Georgi Mdivaniyə, quruluşçu operator Rasim İsmayılova, quruluşçu rəssam Rafiz İsmayılova və aktyor Əliabbas Qədirova filmə görə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir. Film rejissor assistenti Süleyman Əhmədovun kinoda ilk işidir.
Sevinc (ad)
Sevinc — qadın adı. Sevinc Abbasova — Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə elmlər doktoru, genderşünas. Sevinc Ağa Xəlilqızı — yazıçı-publisist, şair, bədii əsərlərin müəllifi. Sevinc Vaqifqızı — azərbaycanlı reportyor, jurnalist.
Sevinc (dəqiqləşdirmə)
Sevinc
Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı və ya Sevinc Vaqif qızı Abbasova (5 iyul 1989, Füzuli rayonu, Azərbaycan SSR) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus; 15 ildən çox müstəqil və tənqidçi medialarda çalışıb. 2022-ci ildən "AbzasMedia" müstəqil media platformasının baş redaktorudur. Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən, 5 il Azərbaycandan çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı 2023-cü il noyabrın 20-dən 21-nə ötən gecə İstanbuldan Azərbaycana qayıdan zaman aeroportda polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Sevinc Vaqif qızı Abbasova 1989-cu il iyulun 5-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun işğal edilməsindən sonra ailəsi ilə birgə qaçqın həyatı yaşamağa başlayıb. 1995–2006-cı illərdə Binəqədi rayonunda E. Əliyev adına 297 nömrəli tam orta məktəbdə, 2006–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Sevinc Vaqifqızı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başlayıb. 2009–2013-cü illərdə "Bizim Yol" qəzetində, 2012–2013-cü illərdə isə "Azadlıq" qəzetində çalışan Sevinc Vaqifqızı 2013-cü ildən Meydan TV-də video reportyor olaraq işləməyə başlayıb.
Sevinc Fəttazadə
Sevinc Fəttazadə — (13 iyul 2000 - Sahil, Qaradağ, Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun kapitanı. == Həyatı və Karyerası == Peşəkar karyerasına 2016-2017-ci illərdə çıxış etdiyi "Qəbələ" klubu ilə başladı. "Qəbələ" forması ilə çempionluq əldə etdi. Mövbəti sezon "Keşlə" klubuna keçsə də, böyük uğur əldə edə bilmədi. 2022-ci ildən etibarən isə "Neftçi" klubunda çıxış etməyə başladı. Orda bir dəfə 2-cilik, 2023/2024-ci il Yüksək Qızlar Liqası sezonunda isə, çempionluq əldə etmişdir. == Milli karyerası == 2015-2017-ci illərdə Azərbaycan U15, 2017-2019-cu illərdə isə Azərbaycanın qadınlardan ibarət U19 Millisində çıxış etmişdir.